Azərbaycan yığması: Avropada birinci, dünyada ikinci!
04.05.2010 - 09:37
Aprelin 25-dən mayın 3-dək Bakıda keçirilən boks üzrə dünya birinciliyində medal qazanan ölkələrin siyahısında Azərbaycan milli komandası liderlər qrupunda qərarlaşıb. Apasport.az saytının məlumatına görə, yarışda 2 qızıl və 1 bürünc medal qazanan Şamil Əlimcanovun yetirmələri bu mötəbər yarışı ikinci pillədə başa vurublar. Birinci yeri 3 qızıl, 1 gümüş və 1 bürünc medalla Kuba boksçuları tutublar. Medalların əyarına görə, 3-4-cü yerlərə isə İrlandiya və Hindistan yığmaları layiq görülüblər.
Azərbaycan yığması dünyada ikinci olsa da, Avropanın ən güclüsü adına sahib çıxıb. Rusiya millisi cəmi 1 gümüş, 2 bürünc medalla kifayətlənib. Gənc boksçularımız Ukrayna, Almaniya, Türkiyə, İtaliya, Macarıstan və digər ölkələrin idmançılarından da öndə olublar.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0