Bakıda daha bir beynəlxalq boks turniri start götürür
04.05.2010 - 13:43
Bakıda daha bir beynəlxalq boks turniri start götürəcək. Bu haqda apasport.az saytına Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev məlumat verib. Onun sözlərinə görə, mayın 11-də mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirə start veriləcək. Yeniyetmələr arasında keçiriləcək yarışda Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə və İran boksçularının iştirakı gözlənilir. Ölkəmiz turnirdə 3 komanda ilə təmsil olunacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0