“Lənət şeytana, yenidən başladı”
06.05.2010 - 13:22
2010-cu ildə dünya çempionu olmağa əsas namizədlərdən sayılan İngiltərə yığmasının futbolçu Frank Lempard maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Londonun “Çelsi” klubunun yarımmüdafiəçisi bildirib ki, mundialda oyun sonrası penaltilər seriyasından qorxurlar.
“Fikrimcə, oyun sonrası penaltilərdə məğlubiyyət İngiltərə yığmasının bütün futbolçularının beynində həkk olunub. Fərqi yoxdur, yaxşı oynadığın vaxtda da məsələ penaltilər seriyasına gələndə, fikirləşirsən: Lənət şeytana, yenidən başladı. Beynindən belə fikirlər keçəndə, penaltidən qol vurmaq çətindir. Bax buna görə almanlar penaltilər seriyasında yaxşıdır. Onlarda özünəinam, hətta lovğalıq var. Almanlar qələbələrinə əmindir” – deyə Lempard bildirib.
Futbolçu, həmçinin vurğulayıb ki, İngiltərə yığmasında da belə inamın hətta bir hissəsinin olması, daha yaxşı olardı.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0