Raymon Domenek xəstəxanaya düşdü
07.05.2010 - 15:39
Fransa milli komandasının baş məşqçisi Raymon Domenek xəstəxanaya düşüb. Apasport.az saytının məlumatına görə, buna səbəb fransalı mütəxəssis onurğa sütununda yaranan yırtıqla bağlı ağrıların kəskinləşməsi olub.
Məhz bu səbəbdən Domenek İngiltərə çempionatının 37-ci turunda “Mançester Siti”nin oyununun stadionda izləməyə bilməyib. Onun səfərində əsas məqsəd bu komandada çıxış edən yığmanın veteran futbolçusu Patrik Vieyranın oyununa baxmaq imiş. Baş məşqçinin səhhətində yaranan problemin onun DÇ-2010-a heyəti açıqlamaq vaxtına təsir edəcəyi də gözlənilir. Domenek 23 nəfərlik siyahını bu ayın ortasında açıqlamağı planlaşdırıb.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0