Azərbaycanın ən titullu taekvondoçusu Avropa çempionatına qatılmayacaq
08.05.2010 - 10:51
“Avropa çempionatına ciddi hazırlaşmışdım. Zədə ilə bağlı problemləri geridə qoyduğumu fikirləşirdim. Lakin sən saydığını say, gör fələk nə sayır”. Bu sözləri apasport.az saytına açıqlamasında taekvondo üzrə yığma komandamızın aparıcı üzvü Rəşad Əhmədov bildirib.
Əhmədovun adı qitə çempionatına yollanacaq milli komandanın heyətinə daxil edilsə də, o, Sankt-Peterburqa tamaşaçı kimi yollanacaq. Buna səbəb Rəşadın yenidən zədələnməsidir. “Afina-2004” və “Pekin-2008”-in iştirakçısı döyüşdə deyil, adi məşqdə zədələnməsinə çox təəssüflənir: “Təlim-məşq toplanışında gözlənilmədən zədələndim. Bu 15 gün əvvəl lapalarla “işləyərkən” baş verdi. Ayaq əzələm dartıldı. Lakin həkimlər və məşqçilər korpusu yarışa kimi sağalacağıma ümid bəsləyirdilər. Təəssüf ki, belə olmadı. Düzdür, Avropa çempionatının təşkil ediləcəyi Rusiyaya mən də yollanacağam. Lakin bu dəfə idmançı kimi yox, komandanın azarkeşi kimi...”
Taekvondoçularımızın bu mötəbər yarışa güclü hazırlaşdığını bildirən Əhmədov üçün komanda yoldaşlarının medal qazanmaları təsəlli olacaq: “Yarışda iştirak etməsəm də, digər idmançılarımızın uğurlu çıxışı məni sevindirəcək. İnanıram ki, Samir Aydınov, Elvin Məmmədov və Təvəkkül Bayramov vətənə qələbə ilə qayıdacaqlar”.
Qeyd edək ki, Samir Aydınov 54 kq, Elvin Məmmədov 74 kq, Təvəkkül Bayramov isə +87 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0