Braziliya şokda: Ronaldo, Adriano və Ronaldinyo mundiala getmir
12.05.2010 - 15:17
Braziliya yığmasının CAR-da keçiriləcək dünya çempionatının final mərhələsində oynayacaq heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, digər yığmalardan fərqli, sambaçıların baş məşqçisi Dunqa ilkin heyəti deyil, birbaşa “23-lüy”ü açıqlayıb.
Cənubi amerikalılar sayca 6-cı çempionluğunu qazanmaq iddiasını bir sıra ulduzları olmadan gerçəkləşdirməli olacaq. Belə ki, Dunqa Ronaldo, Ronaldinyo, Adriano kimi əfsanələri əvvəlcədən söz verdiyi kimi, heyətə cəlb etməyib. “Flamenqo”da çıxış edən Adrianonun yoxluğu Braziliyada ciddi narazılığa səbəb olub. Dunqa mundiala cəmi 4 hücumçu ilə yollanmaqla da həmyerlilərinin qəzəbinə səbəb olub.
Qapıçılar: Julio Sezar (“İnter”, İtaliya), Aurelio Qomes (“Tottenhem”, İngiltərə), Aleşander Doni (“Roma”, İtaliya);
Müdafiəçilər: Maykon, Lusio (hər ikisi “İnter” İtaliya), Dani Alveş (“Barselona”, İspaniya), Jilberto (“Kruzeyro”), Miçel Bastos (“Lion”, Fransa), Juan (“Roma”, İtaliya), Luizao (“Benfika”, Portuqaliya), Tyerri Silva (“Milan”, İtaliya);
Yarımmüdafiəçilər: Jilberto Silva (“Panatinaikos”, Yunanıstan), Felipe Melo (“Yuventus”, İtaliya), Kaka (“Real”, İspaniya), Julio Baptişta (“Roma”, İtaliya), Josuq (“Volfsburq”, Almaniya), Kleberson (“Flamenqo”), Elano (“Qalatasaray”, Türkiyə), Ramires (“Benfika”, Portuqaliya);
Hücumçular: Robinyo (“Santos”), Luis Fabiano (“Sevilya”, İspaniya), Nilmar (“Vilyrreal”, İspaniya), Qrafite (“Volfsburq”, Almaniya).

- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0