Yığmamız Avropa çempionatına tam heyətlə qatılır
18.05.2010 - 13:33
İyunun 5-də Moskvada start götürəcək Avropa çempionatında boksçuların və iştirakçı ölkələrin sayı yeni rekord müəyyənləşdirəcək. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda 43 ölkənin 300-dən artıq idmançısının mübarizə aparacağı gözlənilir. Qitə birinciliyinə qatılacaq ölkələrin sayının 43-dən 51-ə kimi artması ehtimalı var. Belə ki, qeydiyyat mayın 21-dək davam edəcəyindən hələ Andorra, Belçika, Kipr, İslandiya, Malta, Lüksemburq, Monako və San Marino yarışda iştiraklarını təsdiqləməyiblər.
Yarışda iştirak edəcək Azərbaycan yığmasının ilkin heyəti məlumdur. Turnirdə ölkəmizin idman şərəfini Elvin Məmişzadə (48 kq), Məhəmməd Abdulxəlilov (51 kq), İlkin Ağayev (54 kq), Heybətulla Hacıəliyev (57 kq), Romal Amanov (60 kq), Emil Məhərrəmov (64 kq), Saqid Ennullayev (69 kq), Rahib Bəylərov (75 kq), Ramazan Məhəmmədov (81 kq), Rəşad Abdullayev (91 kq) və Fərid Paşayevin (+91) qoruyacağı gözlənilir. Lakin yarış ərəfəsində heyətdə dəyişikliyin edilməsi istisna deyil.
Qeyd edək ki, Avropa çempionatına cəmi 12 ölkə tam heyətlə - 11 boksçu ilə qatılacaq. Bu komandalar arasında Fransa, Almaniya, İrlandiya, Türkiyə, Gürcüstan, Serbiya, Çernoqoriya, Ermənistan, Belarus, Macarıstan və Rusiya ilə yanaşı, Azərbaycan yığması da var.

- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0