Əli İsmayılov: Azərbaycana kəmərlə qayıdacağam!
18.05.2010 - 23:03
“Növbəti görüşə ciddi hazırlaşıram. Döyüşlər iyunun 10-15-də Almaniyada keçiriləcək. Burada rəqibim yerli boksçu Marko Xik olacaq. Hazırda WBO “Intercontinental” kəməri rəqibimdə olduğundan, o bu titulu qorumağa, mən isə kəməri ələ keçirmək üçün mübarizə aparacağıq”. Bu sözləri apasport.az saytına tanınmış Azərbaycan boksçusu Əli İsmayılov deyib.
Peşəkar boksçular arasında mübarizə aparan həmyerlimiz alman idmançı ilə döyüş üçün hazırlığın ilk mərhələsini Azərbaycanda, ikinci mərhələsini isə Sankt-Peterburqda keçəcək. Mayın sonlarında Rusiyaya yola düşəcək “Bürünc Əli” artıq rəqibinin zəif və güclü nöqtələrini müəyyənləşdirib: “Rəqibim kifayət qədər təcrübəli olsa da, onunla rinqə ancaq qələbə üçün çıxacağam. Çünki mənim peşəkar döyüşdə planlarım böyükdür. Artıq rəqibi məğlub etməyin yolunu da özüm üçün müəyyənləşdirmişəm. Onun bir neçə döyüşünü izlədikdən sonra zəif nöqtələri barədə məlumatım var. Məşqlərimi də bu istiqamətdə aparıram. İnanıram ki, Azərbaycana WBO “Intercontinental” kəməri ilə qayıdacağam”.
Qeyd edək ki, Əli İsmayılov iyunun 15-də rinqə çıxacaq.

- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0