Dunqa və Maradona Del Boskeyə həsəd apara bilər
27.05.2010 - 16:59
Cənubi Afrika Respublikasında təşkil ediləcək futbol üzrə dünya çempionatının final mərhələsində yerli futbol federasiyaları ölkələrini çempion olmağa həvəsləndirmək üçün mükafatlar vəd etməkdə davam edirlər.
Apasport.az saytının məlumatına görə, açıqlanan son mükafatlar arasında hələlik ən az pul Braziliya millisinə veriləcək. Belə ki, Dunqanın yetirmələri kuboka sahib olacaqları halda, 160.000 avro qazanacaqlar. Onlarla müqayisədə birinci yeri qazanacaqları təqdirdə, Maradonanın çalışdırdığı Argentina yığması təxminən 3 dəfə çox - 470.000 avro alacaq. İngiltərə futbolçuları isə dünyanın ən güclüsü adına layiq görülərlərsə, 300.000 avro “irəli” düşə bilərlər.
Qeyd edək ki, hələlik açıqlanan mükafatlar arasında ən çox pul İspaniya millisinə vəd edilib. Del Boskenin yetirmələri birinci yeri tutarlarsa, 550.000 avroya sahib olacaqlar. Fransızlar isə bu uğura görə 250.000 avro qazana bilərlər.

- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0