22 aydan sonra qayıdış
04.06.2010 - 08:59
İyunun 7-də İtaliyanın Lonato şəhərində stend atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışı start götürəcək. Yarışda 75 ölkənin 600-ə yaxın snayperinin mübarizə aparacağı gözlənilir.
Apasport.az saytının məlumatına görə, Dünya Kubokunda Azərbaycan yığma komandası 7 atıcı ilə təmsil olunacaq. Apennin yarımadasında ölkəmizin idman şərəfini Zemfira Meftahəddinova, Nurlana Cəfərova, Regina Meftahəddinova Xanhüseyn Bağırov, Emin Cəfərov (hamısı skit növündə), Elçin Babayev və Elvin İsmayılov (hər ikisi trap növündə) qoruyacaqlar. Yarışlara iyunun 16-da yekun vurulacaq.
Qeyd edək ki, Olimpiya Oyunlarının qızıl və bürünc mükafatçısı Zemfira Meftahəddinova Pekin-2008-dən sonra ilk dəfə hədəf önünə çıxacaq. 22 aylıq fasilədən sonra yenidən tüfənginin əlinə alan snayperimiz Dünya kubokunda mükafatçılar sırasına düşməyə iddialıdır.

- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0