“Azərbaycan yığmasına qol vurmamağım narahatçılığa əsas vermir”
04.06.2010 - 16:37
Dünya çempionatının final mərhələsinə hazırlaşan Honduras yığmasının Azərbaycanla yoldaşlıq oyununda qolsuz heç-heçə etməsi Mərkəzi Amerika ölkəsində ciddi narazılıq doğurub. Apasport.az saytının məlumatına görə, honduraslıların ən məşhur futbolçusu David Suazo da özlərinə haqq qazandıran oyunçular sırasına qoşulub.
İtaliyanın “İnter” klubunun 31 yaşlı hücumçusu futbol ictimaiyyətini sakitləşdirməyə çalışıb: “Azərbaycan və Belarusla oyunlarda qol vurmamağım narahatçılığa əsas vermir. Hər şey qaydasındadır. Beş oyundur ki, millidə qol vurmuram. Lakin bu mundial ərəfəsində hər hansı qənaətə gəlməyə əsas vermir”.
Qeyd edək ki, müqavilə ilə “İnter”ə məxsus olmasına baxmayaraq, son dövrlər növbə ilə “Benfika” və “Cenoa”ya icarəyə verilən Suazo Honduras yığmasında 52 oyuna 16 qol vurub. O, 2007/08 mövsümündə İtaliya çempionu adını qazanıb.

- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0