Stiven Cerrard söz verdi
05.06.2010 - 11:15
İngiltərə yığmasının ən önəmli oyunçularından olan Stiven Cerrard DÇ-2010-da penaltiləri dəqiq vurmağa söz verib. Apasport.az saytının xəbərinə görə, 4 il əvvəlki mundialda Cerrardın da iştirak etdiyi Portuqaliya yığma komandasına qarşı matçın əsas və əlavə vaxtı heç-heçə bitsə də, İngiltərə kollektivi rəqibinə oyunsonrası penalti zərbələri nəticəsində məğlub olmuşdu. İngiltərənin heyətində zərbələri dəqiq yerinə yetirməyənlərdən biri də Cerrard idi. O, həmin vaxt elədikləri səhvləri aradan qaldırmaq üçün mundialda yenidən penalti vurmağa razı olub. Cerrardın da heyətində yer aldığı İngiltərə yığması mundialda ABŞ, Əlcəzair və Sloveniya komandaları ilə bir qrupda mübarizə aparacaq.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0