İspaniya yığmasının penaltilərini vuracaq futbolçu bilindi
07.06.2010 - 11:36
Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatında mübarizə aparacaq İspaniya yığmasında futbolçuların “yükü” bölünüb. Apasport.az saytının İspaniya mətbuatına istinadən verdiyi məlumatına görə, baş məşqçi Del Boske penalti vuruşlarını yerinə yetirməyi az öncə “Barselona”ya transfer olunan David Vilyaya tapşırıb.
Künc və sərbəst cərimə zərbələri zamanı top “arxasına” Xavi keçəcək. Bəzi nöqtələrdə isə ona Andres İniyesta və David Silva köməklik göstərəcək.
Qeyd edək ki, son hazırlıq matçını sabah Polşaya qarşı keçirəcək ispanlar iyunun 10-da Cənub Afrika Respublikasına yola düşəcək.

- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0