“Jurnalistlərə rəhm etmək olmaz”
09.06.2010 - 16:06
Dünya çempionatı başlamamış İngiltərə yığması ilə bağlı qalmaqalların ardı-arası kəsilmir. Apasport.az saytının məlumatına görə, britaniyalıların baş məşqçisi Fabio Kapello ilk dəfə jurnalistlərlə qıcıqlandırıcı şəkildə davranıb.
İtalyan mütəxəssis Rustenburq şəhərində media nümayəndələri ilə dalaşıb, məşqdə fotoqraf və operatorların üstünə qışqırıb: “Siz niyə çəkirsiniz? Sizə bəraət yoxdur. Jurnalistlərə ümumiyyətlə, rəhm etmək olmaz”.
İnsident anlaşılmazlıq nəticəsində baş verib. Belə ki, Kapello jurnalistləri foto, video çəkilişləri yalnız idman kompleksində edəcəklərini hesab edib. Ancaq bəzi həmkarlarımız futbolçuların arxasınca məşq meydançalarına kimi düşüb. Hətta onlar obyektivlərini futbolçuların qaldıqları otel nömrələrinə tuşlayıb. Bunu görən Kapello fotoqrafların özbaşınalığı ilə əlaqədar onlarla yüksək tonda danışıb.
Qeyd edək ki, İngiltərə yığması ilk turda ABŞ-la oyununa braziliyalı baş hakim Karlos Simonun təyin edilməsinə narazılıq etmişdi.

- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
1