Hakimlər söyüş öyrənirlər
10.06.2010 - 13:54
Dünya çempionatının final mərhələsinin ilk turuna təyinat alan braziliyalı hakimlər briqadası qeyri-adi tapşırıq alıb. Apasport.az saytının məlumatına görə, İngiltərə - ABŞ qarşılaşmasını idarə edəcək ədalət təmsilçilərinə ingilis dilindəki söyüşləri öyrənmək tapşırılıb.
Bunu görüşün yan xətt hakimi Altemir Hausmann açıqlayıb: “Biz futbolçuların işlədə biləcəyi terminləri öyrənməliyik. Futbolçular meydanda söyüş söyürlər. Bilirik ki, bunlardan bəzilərini eşitməyimiz mümkündür. Biz 11 müxtəlif dil öyrənə bilmərik. Ən azı ingiliscə olanları bilməliyik”.
Qeyd edək ki, Hausmannla yanaşı, Karlos Simonun başçılıq etdiyi briqadada Robert Braats da yer alıb.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0