Dunqa: Mən bu qələbədən artığını istərdim
16.06.2010 - 10:49
“Etiraf edirəm ki, Şimali Koreya yığması ilə oyunun ilk hissəsindən problemlər yaşadıq. Biz heç bir təhlükəli vəziyyət yaratmadan, sadəcə topu bir tərəfdən o tərəfə ötürürdük. Ancaq ikinci hissədə oyunumuzu dəyişdirdik və nəticəni qazandıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Braziliya millisinin baş məşqçisi Dunqa deyib.
Planetin ən titullu komandası mundialın ilk görüşündə zəif Şimali Koreya üzərində qələbəni (2:1) heç də asanlıqla qazanmadı. Fasiləyə qolsuz bərabərliklə yollanan braziliyalılar ikinci hissədə rəqibin qapısına yol tapa bildi. Dunqanı da belə qələbə razı salmayıb: “Əsas effektivlikdir! Hər futbolçu həm müdafiə, həm də hücumda effektiv olmalıdır. Bunsuz heç nəyə nail ola bilməzsiniz. Əgər siz çox hücum edən komanda ilə görüşürsünüzsə, onda çoxlu boş sahəniz olur. Rəqib müdafiəyə qapanırsa, onda sürətli hücumlar, yaxud müdafiəni dağıtmaq çox çətindir. Mən qələbəyə görə şadam, ancaq bundan artığını istərdim”.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0