29 idmançımız Avropa çempionatına yollanır
16.06.2010 - 11:04
İyunun 19-20-də Maltada atletika üzrə komandalar arasında Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan yığması 29 idmançı (20 oğlan, 9 qız) ilə qüvvəsini sınayacaq.
Qitənin nisbətən zəif atletlərinin mübarizə aparacağı çempionatda komandamızın rəqibləri Albaniya, Andorra, Ermənistan, Bosniya və Herseqovina, Kipr, Danimarka, Gürcüstan, İslandiya, Lüksemburq, Makedoniya, Malta və Çernoqoriya idmançıları olacaq.
Qeyd edək ki, iyunun 17-də Maltaya yollanacaq yığmamızın heyətində lider Ramil Quliyev yer almayacaq. Buna səbəb “Fənərbaxça”nın şərəfini qoruyan atletimizin zədələnməsidir.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0