“Uruqvay yığması dünya çempionu ola bilər”
17.06.2010 - 11:05
Dünya çempionatında ev sahibləri Cənubi Afrika Respublikasının yığmasına 3:0 hesabı ilə qalib gələn Uruqvay millisinin baş məşqçisi iştahası artıb. Apasport.az saytının məlumatına görə, CAR-la qarşılaşmadan sonra Oskar Tabares dünya çempionu olmaq arzusuna düşüb: “Biz möhtəşəm oyun nümayiş etdirdik. Fikrimcə, bu oyunla dünya kubokuna sahib ola bilərik. Mənim sözlərim ehtimal kimi qəbul olunsa da, növbəti qarşılaşmalarda gücümüzü hamı görəcək. Bunu biz ev sahibləri ilə görüşdə də sübut etdik”.
Qeyd edək ki, A qrupunda yer alan uruqvaylılar I turda Fransa yığma komandası ilə heç-heçə etmişdi. Onlar son oyunda Meksika futbolçularını sınağa çəkəcəklər.
Qeyd edək ki, A qrupunda yer alan uruqvaylılar I turda Fransa yığma komandası ilə heç-heçə etmişdi. Onlar son oyunda Meksika futbolçularını sınağa çəkəcəklər.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0