8 cüdoçudan 2 medal
21.06.2010 - 09:47
Sloveniyanın Selje şəhərində təşkil edilən cüdo üzrə Avropa Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda 8 cüdoçu ilə qüvvəsini sınayan Azərbaycan yığmasının qazancı 2 medal olub.
Komandamızın heyətində Ermənistanda gənclərin Avropa çempionatında bayrağımızı dalğalandıran İlqar Müşkiyev (60 kq) və Elmar Qasımov (100 kq) Seljedə də fəxri kürsüyə yüksəliblər. Belə ki, bütün rəqiblərinə qalib gələn Müşkiyev qitə birinciliyinin gümüşünü Avropa Kubokunun qızılına dəyişib. Qasımov isə bürünc medalla kifayətlənib.
Qeyd edək ki, digər cüdoçularımız - Rasim Əsədullayev (60 kq), Ramil Qasımov (66 kq), Nadir Babayev (73 kq), Ramin Qurbanov (81 kq), Ramiq Məmmədov (90 kq) və Emil Tahirov (+100 kq) məğlubiyyətlə üzləşiblər.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0