Qırmızı vərəqə alan futbolçu ölümlə hədələndi - FOTO
21.06.2010 - 11:38
Dünya çempionatının qrup mərhələsinin II turunda Yunanıstanla oyunda 2:1 hesabı ilə uduzan Nigeriya yığması təşviş içindədir. Apasport.az saytının məlumatına görə, buna səbəb həmin matçda Afrika təmsilçisinin üzvü Sani Keytanın qırmızı vərəqə alaraq, komandasını azlıqda qoymasıdır.
Belə ki, Keyta oyundan qovulandan sonra Nigeriya məğlub olduğundan futbolçu bir neçə azarkeş tərəfindən ölümlə hədələnib və bunun üçün gizli yerdə saxlanılır. Bu məsələnin ciddiliyini nəzərə alan Nigeriya Futbol Federasiyası futbolçunun müdafiəsi üçün ölkə rəhbərliyinə müraciət edib.
Qeyd edək ki, qrupda son pillədə yer alan afrikalıların nəzəri cəhətdən az da olsa, növbəti mərhələ şansı qalıb.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0