“İspaniya ilə oyunda bəxtimiz gətirdi”
22.06.2010 - 08:53
“Bizim əsas vəzifəmiz İspaniya yığmasının futbolçularını topsuz qoymaq idi. Bu yolla öz hücumçularımızın işlərini asanlaşdırmaq istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Honduras milli komandasının kolumbiyalı baş məşqçisi Reynaldo Rueda deyib.
Dünya çempionatının final mərhələsinin II turunda İspaniyaya 0:2 hesabı ilə uduzan mərkəzi amerikalıların çalışdırıcısı bəxtlərinin gətirdiyini də vurğulayıb: “Bizim rəqib qapısına qol vurmaq üçün iki əla imkanımız oldu. Lakin oyunçularımız heç də yaxşı oynamadı. Özümüzdən qat-qat üstün olan rəqibə məğlub olduq. Hələ bəxtimiz də gətirdi ki, az qol buraxdıq. İspaniyalılar daha çox fərqlənə bilərdilər. Son turun İsveçrə ilə oyununda fərqli futbol göstərməyə çalışacağıq. Honduras futbolunun şərəfi uğrunda mübarizə aparacağıq”.
Qeyd edək ki, honduraslılar 1/8 finala çıxmaq üçün İsveçrəni böyük hesabla məğlub etməli və ispaniyalıların Çiliyə uduzmasına ümid etməlidir.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0