Qattuzo: Biz “Üzüqara cəngavərlərik”
25.06.2010 - 08:50
“Dörd il əvvəl biz dünya çempionu olanda bizim əməyimiz qızıl medallarla mükafatlandırıldı. Bizə də “Əmək cəngavərləri” adını verdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya yığmasının futbolçusu Cennaro Qattuzo deyib. O, dünya çempionatının final mərhələsinin qrup oyunlarını qələbəsiz başa vuran komandasının çıxışını dəyərləndirib.
Yarımmüdafiəçinin sözlərinə görə, 4 il əvvəlki mundialın qaliblərinin mübarizəni qrupda dayandırması faciə sayılmalıdır: “İndi isə bizi “Üzüqara cəngavərlər” adlandırmaq olar. Hər halda qrup mərhələsində mübarizəni dayandırdığımıza görə bu ləqəbə layiqik. Bütün İtaliya futbolunun dərin təhlilə ehtiyacı var. Bu axşam biz uçurumun dibinə çatdıq”.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0