8 boksçumuz yarımfinala yaxınlaşdı
25.06.2010 - 10:22
Ukraynanın Lvov şəhərində yeniyetmələr arasında keçirilən boks üzrə Avropa birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, 30 ölkədən 220 boksçunun mübarizə apardığı yarış Azərbaycan boksçuları üçün yaxşı başlayıb.
Belə ki, baş məşqçi Rasim Məmmədovun rəhbərliyi altında rinqə çıxan 11 idmançımızdan 8-i 1/4 finala vəsiqə qazanıb. Təmsilçilərimizdən Hüseyn Nərimanlı (46 kq), Ceyhun İbrahimli (48 kq), Ramal Yusifzadə (50 kq), Fərid İsmayılov (52 kq), Alim Abbasov (54 kq), Nəbi Bağırov (63 kq), Rəvan Əliyev (70 kq) və Rauf Rəhimov (75 kq) yarımfinalın bir addımlığındadırlar.
Qeyd edək ki, iyunun 29-dək davam edəcək yarışda Pərviz Bağırov (57 kq), Saqi Salehli (66 kq) və Vladimir Karvan (80 kq) mübarizəni dayandırıblar.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0