İquain mundialın ən sərrast futbolçuları arasında liderliyə yüksəldi
28.06.2010 - 12:55
Dünya çempionatının final mərhələsinin ən məhsuldar futbolçu adı uğrunda mübarizə daha da gərginləşib. Apasport.az saytının məlumatına görə, Meksika yığma komandası ilə oyunda dubl edən Argentina millisinin hücumçusu Qonzalo İquain CAR-da özünün dördüncü qolunu vurmaqla bombardirlər siyahısının liderinə çevrilib.
”Real”lı forvardı mundialda 3 qol vuran 6 futbolçu - Landon Donavan (ABŞ), Tomas Müller (Almaniya), Asamoa Qyan (Qana), Luis Suarez (Uruqvay), David Villa (İspaniya) və Robert Vittek (Slovakiya) izləyir. Maraqlıdır ki, bu futbolçulardan yalnız Landon Donavanın şərəfini qoruduğu ABŞ yığma komandası mübarizəni dayandırıb. Digər oyunçuların isə İqainə çatmaq və onu bombardirlik yarışından kənarlaşdırmaq şansları yüksəkdir.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0