Elnur Məmmədliyə baş müfəttiş vəzifəsi verildi
29.06.2010 - 12:29
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə yeni vəzifə verilib. Bu haqda Lent.az-a 22 yaşlı idmançının özü məlumat verib. O bildirib ki, Bakı şəhəri üzrə Yol Patrul Xidmətinə (YPX) baş müfəttiş vəzifəsinə təyin olunub. Məmmədli paytaxtın 11 rayonu üzrə yol polislərinin işinə nəzarət edəcək. Olimpiya çempionu hazırda baş leytenant rütbəsində olsa da, mayor rütbəli şəxsin daşıyacağı vəzifənin ona həvalə olunduğunu vurğulayıb: “Yeni vəzifəmdən razıyam. Rahatdır. Əsas məsələ odur ki, idmandan ayrı düşməmişəm. Yenə normal qaydada məşqlərimi davam etdirirəm”.
Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında cüdo üzrə 73 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında cüdo üzrə 73 kq çəki dərəcəsində qızıl medal qazanıb.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0