Aryen Robben: Almaniyanı uda bilməsək, “Bavariya”dan gedəcəyəm
07.07.2010 - 12:48
Hollandiya milli komandasının futbolçusu Aryen Robben dünya çempionatının finalında Almaniya yığmasına uduzacaqları halda “Bavariya”dan gedəcəyini açıqlayıb. Lent.az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi həlledici qarşılaşmada Almaniya ilə görüşmək istədiyini bildirib.
Robben belə bir matçı “arzularının finalı” adlandırıb: “Mən yalnız biz qələbə qazanacağımız halda Bundestimi finalda görmək istərdim. Əks halda, “Bavariya”ya qayıda bilməyəcəyəm. Yeni klub axtarmalı olacağam”.
Futbolçu bildirib ki, Almaniya – İspaniya yarımfinalında Bundestimə, xüsusən, “Bavariya”da çıxış edən futbolçulara azarkeşlik edəcək. Robbenin fikrincə, Almaniya millisi finala çıxmağa layiqdir. Çünki İngiltərə və Argentina kimi komandaları sıradan çıxarıb.
Qeyd edək ki, Hollandiya millisinin Uruqvay üzərində 3:2 hesablı qələbə qazandığı qarşılaşmada Aryen Robben 3-cü qolun müəllifi olub. O, dünya çempionatında komandasının ilk 2 oyununu zədə səbəbindən buraxıb. Hazırda Robbenin aktivində 2 qol var. Final matçı iyulun 11-də olacaq.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0