Almaniya yığmasında sarğı davası
07.07.2010 - 16:16
Almaniya yığmasının baş məşqçisi Yoahim Lövlə kapitanı Mihael Ballak arasında növbəti qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı zədə üzündən mundialı buraxan 34 yaşlı futbolçunu milli komandanın düşərgəsindən qovub.
Bundestimin düşərgəsinə gələn Ballak hazırda kapitan sarğısını daşıyan müdafiəçi Filip Lamla sözləşib. Lam bildirib ki, kapitan sarğısını geymək xoşuna gəldiyi üçün onu Mihaelə könüllü vermək fikrində deyil. Bundan əsəbiləşən Ballak Lama irad bildirsə də, müdafiəçi fikrində qalıb: “Mən sarğını Ballaka verməyəcəyəm. O, bunu məndən almalı olacaq”.
Hadisə İspaniya yığması ilə yarımfinal oyunu ərəfəsində baş verib. Qalmaqalın böyüməsinə imkan verməyən Löv Mihaeli komanda yoldaşları arasından xaric edib. Baş məşqçi bildirib ki, yığmanın həkimlərinin onun zədəsi ilə məşğul olmağa vaxtı yoxdur.
Qeyd edək ki, Lövlə Ballak arasında əvvəllər də qalmaqal yaranıb.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0