Dünya çempionatının final görüşünü ən azı 14 dövlətin başçısı izləyəcək
08.07.2010 - 09:28
İyulun 11-də CAR-da keçirilən futbol üzrə dünya çempionatının final görüşünü canlı olaraq ən azı 14 dövlət başçısı izləyəcək. Bu barədə SAPA agentliyi məlumat verib. İyulun 11-də Yohannesburqdakı «Sokker-siti» stadionunda Lesoto kralı III Letsie, Svazilend kralı III Msvati, Keniya, Burundi, CAR başçılarının iştirakı gözlənilir. Finalda görüşəcək Hollandiya və İspaniyanın kral ailələrinin nümayəndələrinin də Yohannesburqa gəlməsi istisna olunmur.
Qalib gələn komandaya mükafatı Nelson Mandela təqdim edəcək.
Qalib gələn komandaya mükafatı Nelson Mandela təqdim edəcək.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0