Dirk Kuyt: Biz heç kimdən qorxmuruq!
09.07.2010 - 11:59
Hollandiya millisinin hücumçusu Dirk Kuyt dünya çempionatının İspaniya ilə final oyunu öncəsi iddialı açıqlama verib. Apasport.az saytının məlumatına görə, futbolçu bildirib ki, komandası həlledici matçda da yalnız qələbə haqda fikirləşəcək: “Biz heç kimdən qorxmuruq! Hamı şahid oldu ki, hücum futbolu oynayan Almaniya millisinin İspaniya ilə oyunda qol vurmağa heç bir şansı yox idi. Güman edirəm ki, almanlar rəqiblərindən qorxurdular. Biz isə İspaniya millisinin zəif yerlərini təhlil edəcəyik”.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0