Ronaldo Klozeni təbrik etdi
11.07.2010 - 15:01
Dünya çempionatları tarixində hamıdan çox qol vuran Ronaldonun rekordu CAR-da keçirilən mundialda qırlmayıb. Apasport.az-ın xəbətinə görə, bu ilki turnirin startına qədər final mərhələlərində 10 dəfə fərqlənən Miroslav Klozenin əfsanəvi braziliyalıya çatmaq arzusu gözündə qalıb.
CAR-da 4 dəfə rəqib qapılarına yol tapıb ümumi qol sayını 14-ə çatdıran almaniyalı futbolçu Uruqvayla III yer uğrunda matçda 1 dəfə fərqlənməklə Ronaldoya çata bilərdi. Lakin Klozenin son matçda oynamamağı “Yekədiş”in rekordunu toxunulmaz saxlayıb.
İkiqat dünya çempionu olan 34 yaşlı cənubi amerikalı rekordunun qırılmamağına münasibət bildirib: “Miroslavı təbrik edirəm. Dünya çempionatlarında 14 qol vurmaq da möhtəşəm nailiyyətdir. Bilirsiniz, Kloze məni keçsəydi də heç üzülməzdim. Çünki artıq başqa futbolçuların tarixi yeniləmək vaxtı yetişib”.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0