Onları yarım milyon azarkeş qarşılayacaq
11.07.2010 - 15:30
Uruqvay milli komandası CAR-da keçirilən dünya çempionatının final mərhələsini qəhrəman kimi tərk edir. Apasport.az saytının məlumatına görə, mundialda 4-cü yeri tutan cənubi amerikalıları vətənlərində yarım milyon azarkeş qarşılayacaq.
Buna Oskar Tabaresin yetirmələrinin çempionatdakı uğurlu çıxışı səbəb olub. Komandanın uzun fasilədən sonra yarımfinala çıxması, həmçinin Cənubi Amerikadakı əzəli rəqibləri Braziliya və Argentinadan daha yaxşı çıxış etməsi Uruqvayda böyük sevinclə qarşılanıb.
Bu səbəbdən də uruqvaylılar vətənlərində təntənəli surətdə qarşılanacaqlar. 500 min futbolsevərin qatılacağı tədbirlərin mərkəzi isə paytaxt Montevideoda olacaq.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0