Sneyder rüsvayçılıqdan “dəm vurur”
12.07.2010 - 08:40
“Final oyununda baş verənlər dünya idmanı üçün rüsvayçılıqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiya milli komandasının futbolçusu Uesli Sneyder deyib. Dünya çempionatının final matçında İspaniyaya 0:1 hesabı ilə uduzaraq gümüş mükafatla kifayətlənən “narıncılar”ın 26 yaşlı yarımmüdafiəçisi hakimlikdən narazı qalıb.
Qarşılaşmadan sonra Sneyder ingiltərəli hakim Hovard Uebbin ardıcıl səhvlər seriyasından gileylənib: “İnyesta qırmızı vərəqə almalı idi. Ardınca hakim künc zərbəmizi vermədi. Az keçməmiş isə ispaniyalılar oyundan kənar vəziyyətdən qol vurdular. Görüşün və bütün turnirin taleyini bir dəqiqə həll etdi. Bizim əla qol imkanlarımız oldu. Onlardan yararlansaydıq, biz dünya çempionu olardıq. Lakin bu baş vermədi”.
Qeyd edək ki, İspaniya millisi Andres İnyestanın 117-ci dəqiqədə vurduğu qol sayəsində dünya çempionu adını qazanıb.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0