FİFA “Qızıl buts”u Tomas Müllerə verdi
12.07.2010 - 11:18
DÇ-2010-un bombardiri Almaniya yığmasının hücumçusu Tomas Müller sayılıb. Apasport.az saytının məlumatına görə, Müller David Vilya (İspaniya), Uesli Sneyder (Hollandiya) və Dieqo Forlan kimi mundialda 5 qol vursa da, ona üstünlük verilib.
20 yaşlı almaniyalı üç məhsuldar ötürmə etməklə, həmkarlarından fərqlənib. Bundan əlavə, İspaniya ilə yarımfinal görüşünü cəza üzündən buraxan Tomas onlardan az (6) oyun keçirib. Bütün bunları nəzərə alan FİFA yenilik tətbiq edərək, “Qızıl bits”u Müllerə verib. Əslində dünya ali futbol qurumu əvvəllər eyni qol vuran futbolçuların hamısına bu mükafatı verirdi. Tomas eyni zamanda DÇ tarixinin ən yaxşı gənc futbolçusu sayılıb.
Qeyd edək ki, ötən DÇ-də Mirsoslav Klozenin “Qızıl buts” aldığını nəzərə alsaq, bu mükafat ardıcıl ikinci mundialdır alman hücumçulara qismət olur.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0