Avropa kubokunda 6 medal
19.07.2010 - 12:15
Türkiyənin İstanbul şəhərində cüdo üzrə böyüklər arasında keçirilən Avropa kubokuna yekun vurulub. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında yarışda 12 idmançı ilə iştirak edən yığma komandamız vətənə 1 qızıl, 3 gümüş və 2 bürünc medalla qayıdır.
Belə ki, Avropa kubokunda cüdoçularımızdan Orxan Hacıağalının (66 kq) qarşısına çıxan peşman olub. O, hətta finalda həmyerlimiz Sərxan Əhmədova da güzəştə getməyib və qalib gəlib. Nəticədə bütün rəqiblərinə yerini göstərən Hacıağalı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ermənistanda Avropa çempionu adını qazanan Elmar Qasımov (100 kq) və Fərid Babayev (100 kq) də finala kimi yüksəlib. Lakin həlledici mərhələdə cüdoçularımız məğlub olaraq, gümüş medala sahib olublar. Digər idmançılarımızdan Nadir Babayev (73 kq) və Ramin Qurbanov (90 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, Avropa kubokunda 6 medal qazanan Azərbaycan cüdoçuları kişilərin komanda hesabında 2-ci yeri tutublar.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0