Atletimiz dünya çempionatında üçüncü oldu
20.07.2010 - 10:25
Atletika üzrə Kanadada start götürən gənclər arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, 2 idmançı ilə təmsil olunduğumuz yarış Azərbaycan atletləri üçün uğurlu başlayıb.
Çempionatın ilk günündə 3 km məsafəyə qaçışda finiş xəttinə çıxan Layeş Abdullayeva təsnifat mərhələsində 2-ci yeri tutaraq, final mərhələsinə yüksəlib. Milliləşdirilmiş legionerimiz həlledici mərhələdə də mükafatçılar sırasında yer almağı bacarıb. O, finiş xəttinə 8.55.33 saniyəyə çataraq dünya çempionatının bürünc medalına sahib olub. Bu məsafəyə qaçışda təmsilçimizi Mersi Çerono (Keniya, 8.55.07) və Emebet Anteneh (Efiopiya, 8.55.24) qabaqlayıb.
Qeyd edək ki, iyulun 26-dək davam edəcək yarışda 3 təkanla tullanmada Murad İbadullayev də qüvvəsini sınayacaq.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0