Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi
27.07.2010 - 11:26
Dünya çempionu adına iddiaçıların mübarizəsində iştirak edəcək şahmatçıların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışda həmyerlimiz Teymur Rəcəbovla yanaşı, Maqnus Karlsen (Norveç), Vladimir Kramnik (Rusiya), Levon Aronyan (Ermənistan), Boris Gelfand (İsrail) və Qata Kamski (ABŞ) qüvvəsini sınayacaq. Siyahıdan öncədən bolqarıstanlı Veselin Topalovun adı olsa da, o, Rusiyanın Kazan şəhərində iddiaçıların yarışından imtina edib. Beynəlxalq Şahmat Federasiyasına (FİDE) rəsmi müraciət edən Topalovun iddiası qəbul olunub. Nəticədə bolqarıstanlı şahmatçını rusiyalı Aleksandr Qrişuk əvəzləyib.
Qeyd edək ki, Kazanda baş tutacaq yarışda Azərbaycanı təmsil edəcək ikinci şahmatçı böyük ehtimalla Şəhriyar Məmmədyarov olacaq.
Qeyd edək ki, Kazanda baş tutacaq yarışda Azərbaycanı təmsil edəcək ikinci şahmatçı böyük ehtimalla Şəhriyar Məmmədyarov olacaq.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0