İdmançımız dünya çempionatında bürünc medal qazandı
30.07.2010 - 08:46
İyulun 25-də Malayziyanın paytaxtı Kuala-Lumpurda pauerliftinq üzrə paralimpiyaçılar arasında start götürən dünya çempionatı davam edir. Azərbaycan Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, yarışda baş məşqçi Vaqif Müsəddiqin rəhbərliyi altında 3 idmançı ilə mübarizə aparan Azərbaycan yığması ilk medalını qazanıb. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Elşən Hüseynov 205 kq çəkinin öhdəsindən gələrək mundialın üçüncüsü adına sahib olub.
Qeyd edək ki, sabah başa çatacaq dünya çempionatı 2012-ci ildə Londonda keçiriləcək Paralimpiya oyunlarına lisenziya verəcək son yarışdır.
Qeyd edək ki, sabah başa çatacaq dünya çempionatı 2012-ci ildə Londonda keçiriləcək Paralimpiya oyunlarına lisenziya verəcək son yarışdır.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0