Beynəlxalq Paralimpiya Federasiyasının prezidenti Bakıya gəlir
03.08.2010 - 13:05
Bu gün cüdo üzrə Beynəlxaq Paralimpiya Federasiyasının prezidenti Jan Klod Prier Azərbaycana gəlir. Apasport.az saytının məlumatına görə, səfərdə əsas məqsəd bu ilin oktyabrında paytaxtımızda keçiriləcək “Çağırış kuboku”na (Call Cup) hazırlıqla tanış olmaqdır.
Prier, həmçinin Bakıda Azərbaycan Paralimpiya Komitəsinin prezidenti, yarışın Təşkilat Komitəsinin üzvləri ilə görüşəcək. O, bundan sonra “Çağırış kuboku”nun təşkil ediləcəyi yerlə tanış olacaq.
Qeyd edək ki, 3 gün Azərbaycanda işgüzar səfərdə olacaq federasiyası prezidenti Paralimpiya Kompleksində məşqçi və idmançılarla da fikir mübadiləsi aparacaq.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0