Boksçularımız Çeçenistana yollanırlar
06.08.2010 - 12:17
Boks üzrə böyüklərdən ibarət Azərbaycan yığması Rusiyada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq. Milli komandamızın məşqçisi Nəriman Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, yarışda 5 boksçumuz - Ramal Amanov (64 kq), Nicat Mirzəyev 54 kq), Fərid Ağayev (75 kq), Malik Məmmədzadə (81 kq) və Hafiz İsgəndərov (91 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Çeçenistanda təşkil ediləcək turnir avqustun 18-də start götürəcək. Komandamız isə səfərə 1 gün öncə getməyi planlaşdırır.
Qeyd edək ki, Çeçenistanda təşkil ediləcək turnir avqustun 18-də start götürəcək. Komandamız isə səfərə 1 gün öncə getməyi planlaşdırır.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0