“İndi Azərbaycan dünyada idman ölkəsi kimi tanınır” - FOTO
13.08.2010 - 16:46
“Müstəqillik tariximizdə ilk dəfədir ki, Azərbaycan idmançıları yeniyetmələrin ən böyük idman yarışına – I Yay Olimpiya Oyunlarına yola salınırlar”. Apasport.az saytının xəbərinə görə, bu sözləri AzərTAc-a Sinqapur olimpiadasında ölkəmizin nümayəndə heyətinin rəhbəri, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov deyib.
Azərbaycan olimpiya yığma komandası Sinqapura 12 idmançı ilə gedir. İdmançılarımızın Olimpiya oyunlarında Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklərinə əminliyini bildirən Rəhimov vurğulayıb ki, onların uğurları təsadüfi deyil.
“Bu, məqsədyönlü tədbirlərin nəticəsidir. İndi Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımızın hər biri medallar uğrunda mübarizə aparmağa tam hazırdırlar. Hər bir idmançımız yarışlarda yüksək nəticələr göstərmiş və lisenziya qazanıb. Mən hər bir Azərbaycan idmançısından medal gözləyirəm və onlara uğurlar arzulayıram” – deyə Rəhimov bildirib.
Qeyd edək ki, avqustun 14-dən 26-dək davam edəcək olimpiya oyunlarına Azərbaycan üçün kvota olaraq 12 idmançı və 6 məşqçi yeri ayrılıb. Ölkəmizdən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşində 5, boks üzrə 3, cüdo, taekvondo, ağırlıqqaldırma və kanoe növlərində isə 1 idmançı iştirak edəcək.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0