Azərbaycan Olimpiadada daha 1 medal qazandı
17.08.2010 - 14:55
Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan yığması medal sayını 5-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, mübarizəyə qoşulan 5-ci idmançımız da fəxri kürsüdə yer alıb.
Lakin komanda yoldaşlarından fərqli, sərbəst üsulla güləşən Kənan Quliyev (54 kq) finalda yaponiyalı Yuki Takahaşiyə uduzaraq gümüş medalla kifayətlənib. O, həlledici mərhələyə kimi Yerzon Hernandezə (Kolumbiya) 3:1, Yue Çini (Sinqapur) və Jayden Laurenseyə (Avstriya) 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Quliyevdən öncə Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq), Patimat Baqometova (52 kq) və Nicat Rəhimov (69 kq) qızıl medala sahib olublar.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0