İsmayılzadə minimal fərqlə uduzdu - YENİLƏNİB
18.08.2010 - 11:18
Avqustun 14-də Sinqapurda start götürən Yeniyetmələrin I Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançılarından bu gün mübarizəyə taekvondoçumuz Səbuhi İsmayılzadə (73 kq) qoşulub. Təəssüf ki, həmyerlimizin ilk cəhdi uğurlu alınmayıb. O, birinci görüşdə surinamlı Toş Van Dijkə 6:7 hesabı ilə uduzub.
Qeyd edək ki, Olimpiadanın ilk 3 günündə yığmamız qazandığı 5 qızıl və 1 gümüş medalla komanda hesabında 3-cü yerdədir. Təmsilçilərimizdən Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq), Patimat Baqometova (52 kq), Nicat Rəhimov (69 kq), Əli Maqomedabirov (100 kq) qızıl, Kənan Quliyev (54 kq) gümüş medala yiyələniblər.
Yarışda iştirak edən 205 ölkədən Azərbaycanı yalnız Çin və Rusiya qabaqlayır.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0