Bakıda 13 min manatlıq yarış başlayır
19.08.2010 - 14:18
Avqustun 20-21-də Bakı Dövlət Cıdır Meydanında cıdır, konkur və milli oyunumuz olan çövkən yarışları keçiriləcək. Azərbaycan Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, sabah çövkən üzrə yarışlara start veriləcək.
İkinci dəfə baş tutacaq birincilikdə Ağdam, Ağstafa, Şəki və “Sərhədçi” klubunun çaparları qüvvələrini sınayacaqlar. Bu növdə finalçılar müəyyənləşdikdən sonra cıdır yarışları keçiriləcək. 8 kateqoriya üzrə təşkil ediləcək birincilikdə hər kateqoriyaya uyğun müxtəlif cıdır məsafələri olacaq. Bu cıdır yarışlarında jokeylər öz məharətini Qarabağ, Dilbaz, İngilis və Ərəb cins atlarında göstərəcəklər. Yarışda ümumi olaraq 50 at və 20 jokeyin iştirakı nəzərdə tutulur. Cıdır yarışının ümumi mükafat fondu 8 min manat təşkil edəcək.
Yarışın ikinci günü çövkən yarışının üçüncü yer uğrunda oyunu ilə bərabər final oyunu və konkur üzrə “Günay” kuboku keçiriləcək.
Bu yarışda maksimal maneə hündürlüyü 135 sm təşkil edəcək. Turnirdə “Atçılıq Məktəbi”, “Sərhədçi”, “Günay”, “Murad” atçılıq klubları mübarizə aparacaqlar. Bu yarışın isə ümumi mükafat fondu 5 min manat təşkil edəcək.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0