Con Toşak Uels yığmasından istefa verməyə razılıq verdi
06.09.2010 - 09:38
Avro-2012-nin seçmə mərhələ oyunları başlayandan sonra ilk istefa qeyd alınıb. Apasport.az saytının məlumatına görə, Uels yığmasının baş məşqçisi Con Toşak bu gün postunu tərk edəcək. Təcrübəli mütəxəssis Uels Futbol Assosiasiyasının rəhbərliyi ilə görüşdə startda Çernoqoriya yığmasına məğlubiyyətdən (0:1) sonra istefa verməyə razı olub.
Qeyd edək ki, son 6 ildə yığmada olan Toşak həmin müddətdə milli komandamızla 4 dəfə görüşüb. Bunların üçü uelslilərin qələbəsi ilə nəticələnib, bir oyun heç-heçə bitib.
Qeyd edək ki, son 6 ildə yığmada olan Toşak həmin müddətdə milli komandamızla 4 dəfə görüşüb. Bunların üçü uelslilərin qələbəsi ilə nəticələnib, bir oyun heç-heçə bitib.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0