Şvaynştayger yığmamıza qarşı oynamaya bilər
07.09.2010 - 10:36
Avro-2012-nin seçmə mərhələsinin bu gün keçiriləcək oyununda Azərbaycan milli komandası ilə qarşılaşacaq Almaniya yığmasının daha bir futbolçusu zədələnib. Apasport.az saytının məlumatına görə, Belçika ilə sentyabrın 3-dəki matçda xəsarət alan Marsel Yansenin ardından Bastian Şvaynştayger də zədə alıb. Alman futbolunun ulduzu məqş zamanı baldırından xəsarət alaraq hazırlığı yarımçıq tərk edib. Təcrübəli yarımmüdafiəçinin bugünkü qarşılaşmada forma geyib-geyməyəcəyi həlkə dəqiqləşməyib.
Qeyd edək ki, Almaniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, Almaniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0