Arif Əsədov: Almaniyada xal qazanacağımıza 30 faiz də olsa, inamım var
07.09.2010 - 11:58
“Hazırda yığmanın sıralarında olmasaq da, ürəyimiz onunla yanındadır. Desək ki, bu gün səfərdə Almaniya yığmasına qalib gələcəyik, bu, reallıqdan uzaq olar. Ancaq futbolda mümkünsüz heç nə yoxdur və futbolçularımız bunu düşünərək, meydana çıxmalıdırlar”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Unibank Premyer Liqasında cari mövsümdə 4 turdan sonra lider olan komandanın gənc çalışdırıcı Avro-2012-nin seçmə mərhələsində start oyunumuza nikbin baxır. Əsədov Almaniya kimi güclü rəqiblə görüşdə xal qazanmağın çox çətin olduğunu yaxşı başa düşməklə yanaşı, buna nail olacağımıza da ümidini itirmir: “Mən almanlarla görüşdə yığmamızın ifasında yaxşı oyun gözləyirəm. Əlbəttə, nəticə qazansaq, bu, daha da yaxşı olardı. Misal üçün, millimiz Almaniyada heç-heçəyə nail olsa, bu, super nəticə olacaq. Mən bu nəticəyə inanıram. Çünki komandana həmişə inam olmalıdır. Haradasa inam var ki, almanlarla heç-heçə edə bilərik. Şansları 70-in 30-a qiymətləndirmək olar. Yəni Almaniyadan xalla qayıdacağımıza 30 faiz də olsa, inamım var”.
Mehman SÜLEYMANOV

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0