“Futbolçularımız Azərbaycanla matçda çətinlik çəkməyəcək”
08.09.2010 - 14:23
“Hədəfimiz qrup liderinə çevrilməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözlər Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi Türkiyə yığmasına cavabdehlik daşıyan Ləvənt Kızıla məxsusdur.
İlk 2 oyunda Qazaxıstan və Belçikaya qalib gələn “ay-ulduzlu”lar bu il keçiriləcək növbəti 2 görüşdə də qələbə qazanmağı planlaşdırırlar. Onlar öncə Almaniya, sonra isə Azərbaycan futbolçularını məğlub etmək arzusundadırlar.
“Belçikaya 3:2 hesabı ilə qalib gəlməklə gücümüzü göstərdik. Mən inanıram ki, uğurumuz davam edəcək. Futbolçularımız Almaniya və Azərbaycan matçlarında da çətinlik çəkməyəcəklər. Onlar rəqiblərini asanlıqla məğlub edə bilərlər. Bundan sonra isə yolumuz asan olacaq” - deyə Kızıl bildirib.
Qeyd edək ki, 2 oyundan sonra Almaniya və Türkiyə yığmaları maksimum xal toplasalar da, Bundestim onları top fərqinə görə qabaqlayır.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0