Fərid Mansurov: Çalışacağıq ki, nəticələrimizi daha da yaxşılaşdıraq
14.09.2010 - 14:18
“Milli komandaya 2 aydır baş məşqçi təyin edilmişəm. Yığmaya rəhbərliyim dövründə idmançıların hazırlanmasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun böyük əməyi var”. Apasport.az saytının məlumatına görə, bu sözləri yunan-Poma güləşi üzrə yığma komandanın baş məşqçisi Fərid Mansurov deyib.
Olimpiya çempionumuz dünya çempionatında qazanılan uğurlarda Azərbaycan Prezidenti İlham Əliyev və Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun danılmaz rolunu qeyd edib. O bildirib ki, rəhbərlik səviyyəsində dəstək köməyinə çatıb. Yığmamızın baş məşqçisi debüt yarışında Elçin Cəfərovun təcrübəsindən də yararlandığını deyib: “Moskvada dünya çempionatında gözəl çıxışımızda Cəfərovun da əməyi yüksəkdir. O vitse-prezidentimizdir. Həmişə Elçin müəllimi güləş döşəyində görməyə adət etmişik. Onun təcrübəsi bizə hər zaman kömək olacaq və istəyirik ki, Cəfərovdan lazımınca bəhrələnək”.
Mansurov yığmanın uğurlu çıxış seriyasının davam edəcəyini və gələcəkdə qazanacaqları medallarla xalqımızı sevindirəcəklərini bildirib: “Növbəti il daha ağır olacaq. Çünki bizi 2011-ci ildə lisenziya xarakterli dünya çempionatı gözləyir. Bununla yanaşı, dünya kubokunda da mübarizə aparacağıq. Çalışacağıq ki, nəticələrimizi daha da yaxşılaşdıraq və xalqımızı medallarla sevindirək”.
Qeyd edək ki, yunan-Roma güləşçilərimiz yenicə başa çatan dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanıblar.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0