Çolakov və Stoitsov rəsmən Azərbaycan yığmasında!
28.09.2010 - 13:33
Ağırlıqqaldırma üzrə 2 bolqarıstanlı atlet - Veleçko Çolakov və İvan Stoitsov bundan sonra Azərbaycan yığmasının şərəfini qoruyacaq. Bu barədə apasport.az saytına açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov məlumat verib.
O bildirib ki, Afina Olimpiadasının bürünc medalçısı Çolakov və 2007-ci ildə Tailandda keçirilmiş dünya çempionatının qalibi Stoitsovun Azərbaycan bayrağı altında iştirakı üçün bütün sənədlər rəsmiləşdirildiyi üçün artıq onlar milli komandamızın üzvü hesab edilirlər.
Qeyd edək ki, həmin atletlərdən öncə bolqarıstanlı Silviya Angelova və Rumyana Petkova da milliləşdirilərək yığmamıza cəlb ediliblər. Lakin son dünya çempionatında komandamızın heyətində yer alan xanım ağırlıqqaldıranlardan fərqli, yeni transferlər 2012-ci il iyunun 8-dən sonra yarışlarda çıxış edə biləcəklər. Buna səbəb onların Pekin Olimpiya Oyunları ərəfəsində Bolqarıstan yığmasının heyətində dopinqdə ilişən 11 idmançısı arasında olması və 4 illik yarışlardan kənarlaşdırılmalarıdır.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0