Azərbaycan yığmasının oyunu 2 kanalda
28.09.2010 - 14:58
Avro-2012-nin seçmə mərhələsində Vyana şəhərindəki “Ernst Happel” stadionunda keçiriləcək Avstriya – Azərbaycan oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, azarkeşlər oktyabrın 8-də səfərdə baş tutacaq oyunla bərabər, 4 gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək Azərbaycan – Türkiyə qarşılaşmasını da birbaşa izləmək imkanına malik olacaqlar. Azercell-in sponsorluğu ilə yayımlanacaq görüşlər AzTV və “İdman Azərbaycan” kanalları vasitəsi ilə nümayiş etdiriləcək.
Qeyd edək ki, hər iki oyunun canlı radioreportajını 105 FM dalğasında yayımlanan Azərbaycan radiosunda dinləmək də mümkün olacaq.
Mənbə: affa.az
Qeyd edək ki, hər iki oyunun canlı radioreportajını 105 FM dalğasında yayımlanan Azərbaycan radiosunda dinləmək də mümkün olacaq.
Mənbə: affa.az
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0